Xəbər lenti

Millinin oyunlarına bilet satışı başladı
İdman 10:48 13.03.2024

Millinin oyunlarına bilet satışı başladı

FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq "FIFA series – Edition 2024” layihəsi çərçivəsində millimizin Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçlarına bilet satışı başlayıb. 

Qaynarinfo-nun məlumatına görə, martın 22-də, saat 20:00-da keçiriləcək Azərbaycan – Monqolustan və martın 25-də, saat 20:00-da baş tutacaq Azərbaycan – Bolqarıstan oyunlarının biletləri satışa çıxarılıb.

Biletlərin qiymətləri aşağıdakı kimidir:

1-ci kateqoriya – 10 AZN
2-ci kateqoriya – 5 AZN
3-cü kateqoriya – 2 AZN
VIP1 – 30 AZN
VIP2 – 25 AZN

Biletləri aşağıdakı satış məntəqələrindən almaq mümkündür:

iTicket.az satış məntəqələri
Gənclik Mall
28 Mall
Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)
Köşk No2 (Bülbül prospekti, Nizami küç.)
1 Saylı ASAN xidmət mərkəzi
2 Saylı ASAN xidmət mərkəzi
4 Saylı ASAN xidmət mərkəzi
1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->