Xəbər lenti

İdman 11:02 03.08.2026

"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu gələ bilər

"Sabah" klubu heyətini gücləndirmək üçün növbəti transfer hədəfini müəyyənləşdirib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Bakı təmsilçisi İngiltərənin "Lester Siti" klubunun və Banqladeş millisinin yarımmüdafiəçisi Hamza Çoudhurini icarə əsasında heyətinə qatmaq istəyir.

Bildirilir ki, tərəflər arasında danışıqlar davam edir. Razılıq əldə olunacağı halda, 27 yaşlı futbolçu cari mövsümdə Azərbaycan Premyer Liqasında "Sabah"ın formasını geyinə bilər.

Məlumatda həmçinin qeyd olunur ki, "Lester Siti"nin maliyyə problemləri yaşadığı və bu səbəbdən futbolçuların maaşlarının ödənilməsində gecikmələrin olduğu iddia edilir. Bunun transfer prosesinə təsir edə biləcəyi istisna edilmir.

Hamza Çoudhuri İngiltərədə doğulsa da, Banqladeş millisinin şərəfini qoruyur və əsasən dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. O, "Lester Siti"nin yetirməsidir və 2015-ci ildə əsas komandaya yüksəlib. Bu illər ərzində icarə əsasında İngiltərənin "Barton", "Uatford" və "Şeffild Yunayted" klublarında çıxış edib. Futbolçu 2025-ci ildən dəvət aldığı Banqladeş millisində 10 oyun keçirib və 4 qol vurub.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->