Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində II tura start verilib.
	
Qaynarinfo xəbər verir ki, A qrupunun oyununda Bəhreyn və Mavritaniya komandaları üz-üzə gəliblər.
	
 
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma Afrika təmsilçisinin qələbəsi ilə bitib - 2:0.
	
Mavritaniya qrupdakı ilk matçında Sloveniya, Bəhreyn isə Azərbaycan millisi ilə heç-heçə (1:1) edib. Azərbaycan yığması saat 20:45-də Sloveniyanı sınağa çəkəcək.
	
Qeyd edək ki, bu gün daha 7 oyun baş tutacaq. Dünya çempionatı iyunun 1-də başa çatacaq.
             
            
Şərhlər