Xəbər lenti

Dünya 15:10 11.11.2023

Moldova Dnestryanı olmadan Aİ-uə daxil ola bilər

Avropa İttifaqının Moldovadakı nümayəndə heyətinin rəhbəri Yanis Mazeiks respublikanın quruma üzvlüyünə qədər Dnestryanı problemin həll olunacağına ümid edir.

Qaynarinfo xəbər verir ki, diplomat bu barədə "Vocea Basarabiei" telekanalının efirində bildirib

Yanis Mazeiks Moldovanın Dnestryanı olmadan Aİ-yə daxil olmasının mümkünlüyünü də etiraf edib.

"Ümid edirik ki, Moldova Aİ-yə daxil olanda bu problem həll olunacaq. Bu mərhələdə biz sülh yolu ilə həll axtarışlarını dəstəkləməyə davam edəcəyik. Ümid edirik ki, bu, Moldova Aİ-yə daxil olana qədər problemi həll edəcək. Lakin bu, yeganə mümkün variant deyil", deyə diplomat bildirib.

Onun sözlərinə görə, Brüssel Avropaya inteqrasiya prosesinin Dnestryanı münaqişənin həllindən asılılığı problemi ilə üzləşmək istəməzdi.

Bundan əvvəl Moldova prezidenti Maya Sandu Moldovanın Dnestryanı olmadan Aİ-yə üzv ola biləcəyini demişdi.

Oktyabrda Yanis Mazeiks bəyan edib ki, Aİ Moldova hakimiyyətlərindən Dnestryanı problemi Avropaya inteqrasiya yolunda irəliləyişlə eyni vaxtda həll etməyi gözləyir. O əlavə edib ki, tanınmamış Dnestryanı ətrafında vəziyyətin həlli Moldovanın birliyə qoşulması prosesində mühüm rol oynayır. Yanis Mazeiks vurğulayıb ki, ərazi məsələləri, xüsusən də Aİ-nin hüquq normalarına görə həll edilməlidir.

Samir

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?