Dünya 18:51 11.10.2022

Moskvada Züqanovun nəvəsi saxlanıldı: Kommunist lider bunu təxribat adlandırdı

Paytaxtda Moskva Şəhər Dumasının deputatı, Kommunist Partiyası liderinin nəvəsi Leonid Züqanov saxlanılıb.

Qaynarinfo MK-ya istinadla xəbər verir ki, buna səbəb yanacaqdoldurma məntəqəsinin (YDM) işçilərinin müraciəti olub

Onların dediyinə görə, Züqanov benzinin pulunu bank kartı ilə ödəyib - və ödənişin keçdiyi barədə siqnalı gözləmədən gedib. Hadisə sentyabrın 24-də, həbs isə oktyabrın 8-də baş verib.

Yanacaqdoldurma məntəqəsinin işçiləri ödənişin baş tutmadığını düşünərək polisə müraciət ediblər. Hazırda polis baş verənlərin təfərrüatlarını araşdırır.

Bu arada, Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanovun RİA Novosti-yə verdiyi məlumata görə, onun nəvəsinin saxlanması təxribat ola bilər. "Bəli, bu heç dayanmayan təxribatdır... bütün bunlar əvvəllər də başımıza gəlib", - o deyib.

Alpər