Xəbər lenti

Dünya 22:41 25.10.2023

"Müharibə Putinin ölümündən sonra bitməyəcək" - Podolyak

Rusiya Federasiyasında hakimiyyət dəyişikliyi Rusiyanın Ukraynaya qarşı müharibəsinin dərhal dayandırılmasına səbəb olmayacaq.

Qaynarinfo xəbər verir ki, bunu telemarafonda Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O, həmçinin əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin ölümünün vəziyyətə müəyyən müsbət təsiri olacaq.

"Putinin orada olmamasının müsbət tərəfi var, çünki bu, Rusiyanın özündə müəyyən inqilabi proseslərə start verəcək. Siyasi elitalar bir-biri ilə vuruşacaq, bir-birini məhv edəcək və hakimiyyət uğrunda yarışacaq. Bunlar pis proseslər deyil, indiki Rusiya dövlətinin məhvi prosesləridir”, - Podolyak bildirib.

Eyni zamanda, o vurğulayıb ki, Putinin başına nəsə gələn kimi bu, dərhal müharibənin sona çatmasına səbəb olacaq illüziyası ilə yaşamağa ehtiyac yoxdur, çünki müharibənin yekunlaşdırılmasında əsas element yalnız Ukraynadır. 

"Ukrayna döyüş meydanında sübut etməlidir ki, prinsipcə, Rusiya mifoloji olaraq gücünü, dəhşətliliyini və s. göstərən dövlət kimi mövcud deyil”, - Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri bildirib.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?