Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Avropa müharibənin tənzimlənməsi üçün Ukraynaya asan olmayan bir seçimdə kömək etməlidir.
Qaynarinfo xəbər verir ki, o, bunu CNN Türk-ə müsahibəsində
deyib.
"Burada Avropa Ukraynaya müəyyən çətin qərarların qəbul edilməsində Ukrayna ilə birlikdə kömək etməlidir. Həqiqətən də bəzi seçimlər, bəzi qərarlar Ukrayna üçün çox ağırdır. Lakin böyük itkilərin qarşısını almaq, yəni daha böyük xeyir naminə burada şər – yəni pislik aradan qaldırılmalıdır… Başqa sözlə, seçim edilməlidir. Onlar üçün bunun çətin olduğunu bilirəm. Xüsusilə də ərazi məsələsi inanılmaz dərəcədə ağırdır. Allah heç kimə belə bir vəziyyət yaşatmasın”, – Fidan qeyd edib.
Onun sözlərinə görə, bu cür qərarlar mürəkkəbdir və gələcəyə dair təminatlar tələbləri var. Diplomat əlavə edib ki, bu da çətindir, lakin Türkiyə münaqişənin hər iki tərəfi arasında danışıqlara töhfə verməkdə davam edir.
Fidan əmin edib ki, İstanbul sülh danışıqlarını yenidən təşkil etməyə hazırdır və xatırladıb ki, ötən yay üç raund danışıqlar keçirilib.
Siyasətçi əlavə edib ki, həmin danışıqlar zamanı əsirlərin mübadiləsi və digər humanitar məsələlərlə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub.
"Bu, bu gün davam edən danışıqlar üçün zəmin yaratdı. Biz bu müsbət rolu oynamağa hazırıq. Baxın, indi Qara dəniz döyüş meydanına çevrilib. Müharibə Qara dənizə yayılıb. Hazırda Qara dənizdə ticarət gəmilərinə, tankerə hücum edilir. Yəni müharibə davam etsə, Avropanın digər bölgələrinə də yayılacaq. Allah göstərməsin, bu müharibə burada dayanmalıdır”, – Türkiyənin XİN rəhbəri xəbərdarlıq edib.
Alpər
Şərhlər