Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə aktyor Müşfiq Şahverdinin “Cırtdanım” mahnısını yumşaq oyuncaqlara yerləşdirilməsi ilə bağlı münasibətini açıqlayıb.
Kəmalə Ağazadə Qaynarinfo-ya açıqlamasında aktyorun bu addımını dəstəklədiyini bildirib:
“Müşfiq pis addım atmayıb, Cırtdandan danışır. Başqa kimsənin bu sahədə yeniliyi varsa, qoysun ortaya. Uşaqlar oyuncaqları ana dilimizdə eşidəcək. Müşfiqin bu addımını uşaqlar sevəcək”.
Kəmalə Ağazadə bazara xarici ölkələrdən mənası bilinməyən oyuncaqların gətirildiyini də xatırladıb:
“Onları eşidəndə kimsə narahat olmur, reaksiya vermir”.
Qeyd edək ki, aktyor Müşfiq Şahverdiyev yeni layihəsini ictimaiyyətə təqdim edib. Layihə çərçivəsində aktyor “Stitch” yumşaq oyuncaqlarına öz ifasında “Cırtdanım” mahnısını yerləşdirib.
Müşfiq Şahverdiyevin ifası bəzi izləyicilər tərəfindən bəyənilsə də, narazılıq edənlər də olub.
Bahar Rüstəmli
Şərhlər