Yüzlərlə etirazçı cümə axşamı, iyulun 20-də səhər saatlarında İsveçin Bağdaddakı səfirliyinə soxularaq yanğın törədiblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat
yayıb.
Etiraz aksiyası şiə din xadimi Müqtəda Sədrin tərəfdarları tərəfindən İsveçdə müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılması ilə İraq səfirliyi yaxınlığında aksiya keçirməyi planlaşdırdıqlarına görə çağırılıb.
Nəşrin mənbəyi qeyd edir ki, Bağdaddakı səfirliyin əməkdaşlarından heç kim xəsarət almayıb. Hücum zamanı orada kiminsə olub-olmadığı hələlik məlum deyil.
Nizami Bağırov
Şərhlər