Xəbər lenti

Müşfiq Abbasov azadlığa çıxdı
Ölkə 12:00 10.03.2026

Müşfiq Abbasov azadlığa çıxdı

Tanınmış hüquqşünas, yazıçı, sabiq müstəntiq Müşfiq Abbasov azadlığa çıxıb.

Bu barədə Axar.az-a o özü məlumat verib.

Hüquqşünas həbs olunma səbəbini bu gün açıqlayacağını bildirib.

Qeyd edək ki, Müşfiq Abbasov fevralın 23-də həbs olunmuşdu. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilmişdi ki, vətəndaş Abbasov Müşfiq Elman oğlu barəsində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin 23.02.2026-cı il tarixli qərarı ilə Müşfiq Abbasov 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilib.
--> -->