Nə qədər ki, Dövlət İmtahan Mərkəzi (DİM) imtahanları vaxtında keçirib və onların nəticələrini həmin günü elan etməyəcək, həmişə belə narazılıqlar yaranacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli martın 9-da keçirilmiş buraxılış imtahanı suallarının çətinliyi ilə bağlı iddialara aydınlıq gətirərkən deyib.
Ekspert hər il buraxılış imtahanlarından sonra belə müzakirələrin getdiyini vurğulayıb:
"Bu ilki müzakirələr isə bir qədər fərqli müstəvidədir. Buraxılış imtahanları tədris müddətinin başa çarmasından 3 ay əvvəl keçirilir. Və bu abituriyent və valideynlər arasında xüsusi narahatlıq yaradır".
Ekspert bildirib ki, dəfələrlə deyilməsinə baxmayaraq, bu müzakirələr Dövlət İmtahan Mərkəzi tərəfindən nəzərə alınmayıb:
"Başqa bir məsələ odur ki, bu il keçirilən imtahanlarda həm riyaziyyat, həm də Azərbaycan dili fənni üzrə blok imtahanları səviyyəsində sualların salınması iddiası var. Bu məsələlərdə həm repetitor müəllimlər, həm də kurs rəhbərləri daha çox ittiham olunmağa başlayıblar. Bu da öz növbəsində həmin rəhbərlərin, repetitor müəllimlərin, eləcə də Dövlət İmtahan Mərkəzinin ittiham olunmasına gətirib çıxardır".
Məzahir Məmmədli qeyd edib edir ki, gərginliklər sosial şəbəkə üzərində geniş müzakirəyə səbəb olub:
"İmtahanların cavabları 7 həftədən sonra nəticələri açıqlanacaq. Bunun özü də böyük narazılığa səbəb olur".
Qeyd edək ki, martın 9-da keçirilən buraxılış imtahanının əvvəlki illərlə müqayisədə çətin olduğu ilə bağlı sosial şəbəkələrdə müzakirə gedir. Müzakirələrdə müəllimlər və abituriyentlər Azərbaycan dili və riyaziyyat fənninin suallarının çətin olduğunu dilə gətirir.
DİM-dən APA-ya bildirilib ki, buraxılış və qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır. Bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır. Qeyd olunub ki, imtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır.
Bahar Rüstəmli
Şərhlər