Maqazin 17:59 18.05.2022

Nadirdən Elzaya “dəstək”: "3 aydır bir yerdən gəlirimiz yoxdur"

Müğənni Nadir Qafarzadə Əməkdar artist Elza Seyidcahanın efirə çıxıb xalqdan dəstək istəməsinə münasibət bildirib.
 
Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, indi sənət adamlarının özlərinə dəstək lazımdır:

"Bu saat bütün sənət adamları dəstək gözləyir. Bizim hər birimizə dəstək lazımdır. Bizim hər birimiz mövsümlü işləyən adamlarıq. Üç aydır oturmuşuq, bir yedən gəlirimiz yoxdur. İndi gözləyirik ki, bu bir ay ərzində dəvət aldığımız toyu oxuyub, onunla dolanaq. Qarşıdan məhərrəmlik ayı gəlir, iki ay iş olmayacaq. Ona görə bizim özümüzə dəstək lazımdır, Allah hər birimizə kömək olsun”.

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan evi ilə bağlı yaranmış probleminə görə efirə gələrək xalqdan və dövlətdən yardım istəyib. Sənətçi efirə çıxaraq öz mülkünə sahiblənmək üçün 65 min manat pulun lazım olduğunu deyib. 
 
Xatırladaq ki, illər öncə "ELİT SRC GROUP” MMC müğənni-bəstəkar Elza Seyidcahan ailəsinə məxsus obyekti icarəyə götürüb. Zamanla tərəflər arasında mübahisə yaranıb. Məhkəməyə qədər gedən mübahisədə qarşı tərəfdən 58797 manat pul alınaraq "ELİT SRC GROUP” MMC-yə verilməsi ilə bağlı qərar qəbul edilib.
 
Bahar Rüstəmli