Dünya 14:16 13.11.2022

“Nalji” tropik qasırğası Filippində həyatı iflic etdi - Dəhşətli statistika

"Nalji” tropik qasırğası Filippində 5,56 milyondan çox insana təsir edib. 

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şuranın bazar günü dərc etdiyi hesabata əsasən, ölkənin kənd təsərrüfatı və infrastrukturuna dəymiş ümumi zərər 11,83 milyard pesonu (206,9 milyon dollar) keçib.

Bildirilir ki, 356,2 min məcburi köçkün 128 təxliyyə məntəqəsində qalmaqda davam edir, 356,1 mindən çox insan evlərini əvvəlcədən tərk edib. Ən azı 160 nəfər qasırğanın qurbanı olub, 146 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 29 nəfər itkin düşüb. Respublikanın 13 rayonunda daşqınlar və sürüşmələr də daxil olmaqla 1,6 mindən çox təbii fəlakət hadisəsi qeydə alınıb. Kənd təsərrüfatına dəyən zərər 6,4 milyard peso (111,9 milyon dollar) həcmində qiymətləndirilir.

Qasırğa 57,05 min evə ziyan vurub, 6,14 mindən çox evi tam dağıdıb.Təsir nəticəsində 527 yol və 133 körpü zədələnib, 9 hava və 121 dəniz limanı zərər çəkib. 945 infrastruktur obyektinə dəyən ziyan 5,43 milyard peso (95,01 milyon dollar) həcmində qiymətləndirilir. 328 şəhərdə elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb, lakin 304-də artıq bərpa olunub, 36 bələdiyyədə rabitə problemləri, dörd bələdiyyədə isə su təchizatında problemlər davam edir.

676 təhsil ocağında dərslər dayandırılıb, 223 müəssisədə isə iş dayandırılıb. 529 şəhər fövqəladə vəziyyətdədir. Hökumət yardım üçün artıq 967,4 milyon peso (16,91 milyon dollar) ayırıb.

Hər il Filippində orta hesabla 20 tayfun və fırtına baş verir, insanlar həlak olur, evlər, yollar və körpülər dağılır.

Alpər