Meksikanın Quanaxuato ştatının Salamanka şəhərində naməlum silahlı şəxslər futbol meydançasındakı insanlara atəş açıblar.
Qaynarinfo xəvbər verir ki hadisə barədə "Associated Press" məlumat yayıb.
Şəhərin meri Sesar Prieto bildirib ki, hücumçular matçın sonunda hadisə yerinə gəliblər. Nəticədə 11 nəfər ölüb, xəsarət alanlar arasında qadın və azyaşlı da var.
Prieto hadisəni cinayət dalğasının bir hissəsi adlandıraraq ölkə prezidenti Klaudiya Şeynbaumdan zorakılığa qarşı mübarizədə yardım göstərməsini istəyib. Ştat prokurorluğu istintaqa başlayıb və federal orqanlarla koordinasiyalı şəkildə hərəkət edir.
Hadisə Meksikada futbol matçları zamanı təhlükəsizlik məsələlərinin aktuallığını bir daha göstərir.
Aydın
Şərhlər