Xəbər lenti

NATO baş katibinin üç məqsədi: Trampla niyə tez-tez danışır?
Dünya 19:18 23.06.2026

NATO baş katibinin üç məqsədi: Trampla niyə tez-tez danışır?

NATO-nun baş katibi Mark Rutte qarşısına üç əsas məqsəd qoyub. Bu məqsədlərdən biri ABŞ və müttəfiqlər tərəfindən Ukraynaya yardımın davam etdirilməsidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Times” (NYT) NATO səfirlərinə istinadən yazıb.

"Bir neçə NATO səfiri bildirir ki, onun üç əsas hədəfi var: Trampın və ABŞ-ın NATO-da tam iştirakını təmin etmək, Avropa və Kanadanı hərbi xərcləri artırmağa təşviq etmək, həmçinin ABŞ və müttəfiqlərin Ukraynaya dəstəyinin davam etməsini təmin etmək”, deyə nəşr qeyd edir.

Bildirilir ki, Ukraynaya dəstək çərçivəsində Vaşinqton tərəfindən Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsi və ABŞ silahlarının Avropa ölkələrinə satılaraq onların vasitəsilə Ukraynaya göndərilməsinin davam etdirilməsi nəzərdə tutulur.

NATO səfirlərinin sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün Mark Rutte ABŞ prezidenti Donald Tramp ilə yaxın əlaqələrin saxlanmasını son dərəcə vacib hesab edir. Mənbələr bildiriblər ki, Mark Rutte Tramp ilə həftədə bir neçə dəfə əlaqə saxlayır, bəzən isə qolf və ya NATO-dan kənar qlobal məsələlərlə bağlı zarafatlaşırlar.

Bundan əvvəl "Euronews” portalı Mark Ruttenin 23 iyunda ABŞ-a səfər edəcəyini və Vaşinqtonla münasibətlərdə gərginliyi azaltmağa çalışacağını yazmışdı. 17 iyunda NATO baş katibi alyans üzvlərini Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

Aydın
--> -->