Xəbər lenti

NATO Macarıstanla kəşfiyyat mübadiləsini məhdudlaşdırır
Dünya 14:01 14.06.2024

NATO Macarıstanla kəşfiyyat mübadiləsini məhdudlaşdırır

NATO Macarıstan rəhbərliyinin Alyansa sadiqliyinə şübhələr səbəbindən Macarıstanla kəşfiyyat məlumatlarının mübadiləsini məhdudlaşdırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə NATO-nun Brüsseldəki rəsmi nümayəndəsinə istinadən "VSquare” nəşri məlumat yayıb.

Bu o deməkdir ki, Macarıstan müttəfiqlərindən həm ikitərəfli, həm də mərkəzi NATO kanalları vasitəsilə daha az məlumat alır, mənbə bildirib.

"Problem ondadır ki, nəticələr hər kəs tərəfindən hiss olunur. Belə ki, Alyansın üzvləri Macarıstanın da qəbul edicilər arasında olduğununda mərkəzi NATO kanalları vasitəsilə daha az həssas kəşfiyyat məlumatlarını paylaşırlar”, - o deyib. 

Bu səbəbdən NATO-nun məlumat mübadiləsi üçün Macarıstanın çıxışı olmayan başqa kanalları var, materialda deyilir.

"Onların yüksək səviyyəli kəşfiyyat zabitlərinə güvənsək belə, sonda, onlarla məlumat paylaşsaq, bu, Orbanın masasına çatan hesabatlarla nəticələnə bilər. Bizim problemimiz ölkənin siyasi rəhbərliyindədir”, - Aİ ölkələrindən birinin mülki kəşfiyyat xidmətinin rəhbərinin keçmiş müavini deyib.

"VSquare” həmçinin bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq bu həftə Macarıstana ölkənin Kremlyönlü mövqeyi və onun NATO birliyinə potensial təsiri ilə bağlı narahatlıqlar səbəbindən səfər edib.

Orada Stoltenberq bəyan edib ki, Macarıstan NATO-nun Ukrayna ilə bağlı qərarlarında iştirak etməyəcək, lakin onlara da mane olmayacaq.

May ayında Viktor Orban bildirib ki, Macarıstan rəsmiləri və hüquqşünasları ölkənin NATO-ya üzvlüyü ilə bağlı öhdəliklərini digər üzv ölkələrdən fərqləndirən yeni konsepsiya hazırlayırlar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->