"Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri 483 milyon manat məbləğində müəyyən edilib. Muxtar respublikanın gəlirləri cari illə müqayisədə növbəti ildə 52 milyon manat (24%) artır, xərcləri isə 22 milyon azalıb".
		
Qaynarinfo xəbər verir ki, bunu büdcə müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
	
 
Nazirin sözlərinə görə, bununla dotasiya məbləği 74 milyon manat (26%) azalıb: 
	
"Bu da Naxçıvan Muxtar Respublikasında həyata keçirilən islahatların bariz nəticəsidir"
	
Qafqaz Rafiqoğlu
             
            
Şərhlər