Hacıqabul rayonunda yerləşən "Qədir-Xum" Ailəvi İstirahət Mərkəzi cərimələnib. 
	
Qaynarinfo-nun məlumatına görə, Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən sözügedən restoranda yoxlama aparılıb. 
	
 
Məlum olub ki, ailəvi istirahət mərkəzində formalaşan maye tullantıların ətraf mühitə axıdılması aşkar olunub. Restoran rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 
	
Məhkəmənin hökmü ilə "Qədir-Xum" restoranın rəhbrliyi 800 manat cərimə edilib. Nöqsanların aradan qaldırılması üçün rüstorana vaxt verilib. 
	
Aydın
             
            
Şərhlər