Xəbər lenti

Naxçıvanda bir qurumun kollegiya üzvlərinin sayı azaldıldı
Ekonomiks 10:43 04.05.2026

Naxçıvanda bir qurumun kollegiya üzvlərinin sayı azaldıldı

Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiya üzvlərinin sayı azaldılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara əsasən, kollegiya üzvlərinin sayı yeddidən beşə endirilib.

Həmçinin üzvlər aşağıdakı tərkibdə təsdiq olunub:

- Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri;

- Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının rəhbəri;

- Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru.

Qeyd edək ki, daha əvvəl tərkib aşağıdakı kimi idi:

- Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri;

- Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının rəhbəri;

- Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" publik hüquqi şəxsin İdarə Heyətinin sədri;

- Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Naxçıvanpoçt" publik hüquqi şəxsin direktoru;

- Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "N-telekom" publik hüquqi şəxsin İdarə Heyətinin sədri.
--> -->