Xəbər lenti

Pentaqon ilk dəfə Al agentlərinə məxfi sənədlərlə işləməyə icazə verdi
Dünya 18:25 03.05.2026

Pentaqon ilk dəfə Al agentlərinə məxfi sənədlərlə işləməyə icazə verdi

ABŞ Müdafiə Nazirliyi yeni nəsil süni intellekt alqoritmlərinin məxfi sənədlərlə işləməsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Defence Express" nəşri yazır.

Buna qədər agent tipli süni intellekt sistemləri əsasən hesabatlar, maliyyə sənədləri və strateji materiallarla işləmək üçün istifadə olunurdu və yalnız qeyri-məxfi məlumatlarla məhdudlaşırdı. İndi isə bu sistemlər məxfi səviyyəli sənədlər və tapşırıqlar üzərində də tətbiq olunacaq.

Pentaqonun Rəqəmsal Texnologiyalar və Süni İntellekt üzrə Baş İdarəsi (CDAO) bildirib ki, bu icazəni səkkiz aparıcı şirkət alıb: "SpaceX", "OpenAI", "Google", "Nvidia", "Reflection", "Microsoft", "Amazon Web Services" və "Oracle".

Bu şirkətlərin kommersiya bazarında mülki istifadəçilər üçün təqdim etdiyi məşhur məhsullar arasında ChatGPT, "Gemini" və "Copilot" yer alır. Eyni zamanda, onlar korporativ həllər də təklif edir, "Nvidia" isə süni intellekt texnologiyaları üçün aparıcı avadanlıq istehsalçısı kimi tanınır.

Nəşrin analitikləri izah edirlər ki, agent tipli süni intellekt sistemləri proqram interfeysləri vasitəsilə mühitlə qarşılıqlı əlaqə qurur və mürəkkəb tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilir. Ənənəvi generativ süni intellektdən fərqli olaraq, burada istifadəçi yalnız son məqsədi müəyyən edir, sistem isə həmin məqsədə çatmaq üçün lazım olan addımları ardıcıl və avtonom şəkildə icra edir, eyni zamanda öyrənməyə davam edir.

Qeyd olunur ki, bu texnologiyaların konkret hansı əməliyyatlarda istifadə olunacağı açıqlanmır və böyük ehtimalla məxfi status səbəbindən açıqlanmayacaq.

Aydın
--> -->