1990-cı illərin əvvəllərində Naxçıvanda yaradılan Dövlət Müdafiə Komitəsinin ilk xüsusi təyinatlı bölməsinin - "Sportrota"nın komandiri İbrahim Əliyev 57 yaşında vəfat edib.
Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.
Bildirilib ki, İ.Əliyevin səhhəti qəfildən pisləşib və insult keçirib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun noyabrın 19-da Bakının Buzovna qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq.
Qeyd edək ki, İbrahim Sabir oğlu Əliyev 1968-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
Əfqanıstan müharibəsində iştirak edib. 1991-ci ildə Naxçıvanın müdafiəsinə qoşulub. 1994-cü ildə Ermənistanla atəşkəsdən sonra o zamankı Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləyib.
Ehtiyatda olan zabit idi.
Allah rəhmət eləsin!
Şərhlər