Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsinə yekun vurub.
Yeniavaz.com xəbər verir ki, Agentlik Sevinc Şəfa qızı İsgəndərovadan ixtisaslaşmış sosial xidmət müəssisəsi üçün ofis sahəsi icarəyə götürəcək.
Bildirilir ki, 1 093 kv. metr ofisin bir il müddətinə icarəsi üçün qarşı tərəfə 262 min 320 manat ödəniləcək.
Onu da qeyd edək ki, Sosial Xidmətlər Agentliyi ardıcıl olaraq 3 ildir Sevinc Şəfa qızı İsgəndərovadan ofis sahəsi icarəyə götürür.
Sevinc Şəfa qızı İsgəndərova vergi ödəyicisi kimi (VÖEN – 2905863792) Sumqayıt şəhərində yerləşən 2 saylı Vergilər İdarəsində qeydiyyata alınıb. Vergi ödəyicisi barədə açıq mənbələrdə başqa bir məlumat mövcud deyil. Sevinc Şəfa qızı İsgəndərova adlı şəxs eyni zamanda Sumqayıt şəhərində fəaliyyət göstərən 51 saylı uşaq baxçasının direktoru vəzifəsində çalışıb.
Şərhlər