Xəbər lenti

Nazir komandiri idarə rəisi təyin etdi
Ölkə 12:40 10.04.2026

Nazir komandiri idarə rəisi təyin etdi

Bakıda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin "N" saylı Hərbi Hissəsinin komandiri vəzifəsindən azad edilib.

Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Mustafayev Zəfər Rəcəb oğlu vəzifəsindən azad olunub. 

Nazirin digər əmri ilə o, Xüsusi Riskli Xilasetmə Xidmətində idarə rəisi təyin edilib.

Qeyd edək ki, Zəfər Mustafayev rəhbərlik etdiyi komanda ilə 2023-cü ildə Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələ zamanı insanları xilas etməsi ilə gündəmə gəlmişdi.

Aydın
--> -->