Xəbər lenti

Nazir müavini: Bələdiyyələrdə 43 vəzifəli şəxs məsuliyyətə cəlb olunub
Ölkə 11:26 13.02.2026

Nazir müavini: Bələdiyyələrdə 43 vəzifəli şəxs məsuliyyətə cəlb olunub

"2025-ci il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 50 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib". 

Qaynarinfo xəbər veri ki bu sözləri ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci  il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki həmin protokollar əsasında 43 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub.
 
Qafqaz Rafiqoğlu
--> -->