Xəbər lenti

İdman 14:32 19.07.2022

"Neftçi"nin akademiyasında yeni direktor

"Neftçi” Futbol Akademiyasına yeni təyinat olub.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyəli Cemal Bülbül akademiyanın texniki direktoru vəzifəsinə təyin olunub. 35 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.Qeyd edək ki, "Karşıyaka” (2009-2010) və "Vestel Manisa” (2011-2012) klublarında baş məşqçinin yanında təcrübəçi kimi çalışmış Cemal Bülbül "Altınordu” akademiyasında performans və təhlil məşqçisi (2013-2017), "Göztəpə” akademiyasının direktoru (2017-2020) və bu klubun Matç və performans təhlili və skautluq departamentində (2020-2022) işləyib.
 
2015-ci ilin dekabrından Türkiyə Futbol Federasiyasında matç və performans təhlili, matç təhlili və skautinq təlimçisi kimi çalışır. UEFA-nın "A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->