Video 17:54 24.07.2023

“Neftçi” Qara Qarayevin keçidini açıqladı (VİDEO)

"Neftçi” Azərbaycan millisinin futbolçusu Qara Qarayevin keçidini maraqlı video ilə açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Bakı klubu sosial şəbəkə səhifələrindəki paylaşımı ilə bu transferə işarə vurub.

Paylaşılan videoda məşhur bəstəkar Qara Qarayevin "7 gözəl” musiqisi fonunda "Neftçi”nin yarandığı 1937-ci il əks olunub.

Azərbaycan millisinin futbolçusu yeni komandasında 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Qarabağ”ın yetirməsi olan 31 yaşlı Qara Qarayev 2008-ci ildən əsas komandada çıxış edib.