XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrə ilə üz-üzə gələcək
İdman09:17 18.09.2026

Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrə ilə üz-üzə gələcək

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.

Qaynarinfo-nun məlumatına görə, kişilərdən ibarət komanda III turda İsveçrə ilə üz-üzə gələcək.

Qadınlar isə İsveçdən olan rəqibləri ilə münasibətlərə aydınlıq gətirəcəklər.

Daha əvvəl kişilərdən ibarət komanda Mərakeş (4:0) və Filippini (3:1), qadınlar isə Qvatemala və Danimarkanı (hər ikisi 4:0) məğlub ediblər.

Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.