Nepal prezidenti Ram Çandra Paudel istefa verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Hindistan KİV-i məlumat yayıb.
Məlumata görə, etirazçılar ölkənin "onların nəzarətinə keçdiyini" bəyan edib və seçkilərə hazırlığa başlamağa çağırıblar.
Baş nazir postundan istefa verən Jalanat Xanalın həyat yoldaşı isə öz evində öldürülüb.
Hadisə onların Dalludakı iqamətgahında baş verib. Etirazçıların sabiq Baş nazirin həyat yoldaşının içərisində olduğu evi yandırdığı bildirilir.
O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən ölüb.
Şərhlər