Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin yeni klubu "Kolambus Krü"da (ABŞ) debüt edib.
Teleqraf xəbər verir ki, 22 yaşlı hücumçu MLS-də "Toronto”ya qarşı səfər matçının 88-ci dəqiqəsində meydana çıxıb.
O, Andre Qomeşi əvəzləyib. Axundzadə bununla da MLS-də debüt edən ilk azərbaycanlı futbolçu olaraq tarixə düşüb.
Görüş "Kolambus Krü"nün 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Şərhlər