Xəbər lenti

Ölkə 12:32 24.01.2024

Nərimanovda binanın zirzəmisindəki su bloklara çıxıb, RİH tədbir görmür (FOTO)

Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən 26 saylı yaşayış binasını su basıb.

Bu barədə Qaynarinfo-ya binanın sakinləri bildirib. 

Sakinlərdən Mehman Məmmədovun sözlərinə görə, zirzəmidəki su artıq binanın 1 və 2-ci bloklarına qədər çatıb. "Vəziyyət dözülməz həddədir. Təsəvvür edin, üfunət iyindən evdə oturmaq olmur. Su artıq bloklara çatıb və antisanitariya, xəstəlik mənbəyinə çevrilib", deyə Mehman Məmmədov bildirib. 

Onun sözlərinə görə, problemlə əlaqədar müvafiq qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. 

"Nərimanov Rayon İcra Hakimiyyətinə və digər müvafiq qurumlara müraciət etmişik. Amma tədbir görülmür. Heç gəlib baxan da yoxdur. Problem bir müddətdir ki, mövcuddur. Bilmirik hara şikayət edək", deyə şikayətçi əlavə edib. 

Qaynarinfo məsələ ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinə dəfələrlə zəng vursa da, nəticəsi olmayıb. Qurumdan zənglərə cavab verilməyib. 

Nərimanov rayonunun icra başçısı Elgin Həbibullayevdir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->