Xəbər lenti

Dünya 18:51 25.12.2023

Netanyahu Qəzzaya getdi: "Əsgərlər dayanmaq istəmir

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfər edib və bu səfər zamanı yəhudi dövlətinin hərbçiləri ilə görüşüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə yerli "The Jerusalem Post” qəzeti məlumat yayıb.

Materialda göstərilir ki, səfərdən sonra İsrailin baş naziri əsgərlərin "dayanmamaq” istəyini açıqlayıb. Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin (İDF) əsgərləri anklavda əməliyyatı başa çatdırmaqda qərarlıdırlar.

"Mən Qəzza zolağından təzəcə qayıtdım, orada ehtiyatda olan hərbçilərin bir diviziyası ilə görüşdüm. Hamısı məndən bir şey istədi: dayana bilmərik, sona qədər getməliyik", deyə baş nazir Knessetdəki Likud Partiyasının iclasında çıxış edərkən bildirib.

O əlavə edib ki, yaxın günlərdə yəhudi dövlətinin əsgərləri Qəzza zolağında döyüşləri "dərinləşdirməyə” başlayacaqlar. Bununla belə, Netanyahu bildirib ki, İsrail əsgərləri uzun döyüşə hazırdır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->