Xəbər lenti

Siyasət 15:00 08.02.2024

Netanyahu tarana gedir: Qəzzada savaş nə zaman bitəcək? (ŞƏRH)

"Netanyahu tarana gedir". 

Bunu Qaynarinfo-ya  açıqlamasında konfliktoloq Azər Hüseynov İsrailin baş naziri Benyamin Netanyahunun HƏMAS-la növbəti atəşkəs təklifini qəbul etməməsini şərh edərkən deyib.

"Netanyahunun ölkədaxili siyasi problemləri var. Son Qəzza əməliyyatı fonunda onunla MOSSAD rəhbərliyi və Baş Qərargah rəisi arasında ciddi fikir ayrılıqları yaranıb. Netanyahunu artıq Entoni Blinken də qoruya bilmir, Putin onu saymır, Ərdoğan da onu cinayətlərin səbəbkarı hesab edir. Müxalifət isə onu İsrail dövlətini geri salmaqda ittiham edir. HƏMAS da onu danışıq tərəfdaşı hesab etmir. Netanyahu tarana gedir. Düşünür ki, bununla İsrail insanını öz ətrafında birləşdirə biləcək. Onun durumu Zelenskinin durumunu xatırladır. Çünki daha çox daxili resursa deyil, xarici dəstəyə əsaslanır. Amma böyük dövlətlər üçün müttəfiqlərini son anda tək qoymaq xüsusiyyəti səciyyəvidir", deyə ekspert bildirib.



Azər Hüseynov hesab edir ki, müharibə böyük ehtimalla mövqe savaşlarına keçəcək:

"Sonda isə gec ya tez İsrail siyasi istibleşmenti Netanyahunun istefaya getməsini istəyəcək".

Qeyd edək ki, İsrail baş naziri Benyamin Netanyahu HƏMAS-la atəşkəs razılaşmasını qəbul etməyəcəyini deyib. Onun sözlərinə görə, HƏMAS-la müharibə bir neçə aya, qələbə ilə başa çatacaq. 

Xatırladaq ki, HƏMAS Qətər və Misirin vasitəçiliyilə atəşkəslə bağlı təkliflərini verib. HƏMAS hərbi əməliyyatların 3 mərhələyə bölünməklə 135 günlük dayandırılmasını istəyib. 45 günlük birinci mərhələdə İsraildə həbs edilən fələstinli qadın və yeniyetmələrin azad edilməsi müqabilində bütün israilli əsir qadın, 19 yaşa qədər gənclərin, yaşlı və xəstələrin azad edilməsi nəzərdə tutulur. Bu müddətdə İsrail ordusu da Qəzzanın əhali yaşayan rayonlarını tərk etməlidir. Təklifə görə, ikinci mərhələdə yerdə qalan israilli kişi əsirlərin bütün digər həbs edilən fələstinlilərlə dəyişdirilməsi, İsrail ordusunun isə tamamilə Qəzzadan çıxmalıdır. Nəhatət, 45 günlük sonuncu mərhələdə isə hər iki tərəfdən həlak olanların qalıqlarının təhvil verilməsi nəzərdə tutulurdu. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->