Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 113 mənzil alıblar.
Bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) dekabr ayı üzrə açıqladığı mənzil satışı statistikasında bildirilib.
Beləliklə, azərbaycanlılar Türkiyədə ən çox mənzil alanlar siyahısında 5-ci yerə yüksəlib.
Dekabr ayında ölkədə xarici vətəndaşlara 2541 ev satılıb. Bu satışlar illik müqayisədə 5,1 faiz artıb. Xarici vətəndaşlara ev satışının ümumi ev satışlarında payı isə 1 faiz olaraq hesablanıb. Ötən il Türkiyədən ən çox ev alan Rusiya vətəndaşları olub. Belə ki, 2025-ci ildə Rusiya vətəndaşları 3649 daşınmaz əmlak əməliyyatı həyata keçiriblər ki, bunlardan 504-ü dekabr ayında baş verib.
Ümumillikdə ötən il Türkiyədə mənzil satışları 14,3% artaraq 1.688.910-a çatıb. Bu dövrdə ən çox ev satılan əyalətə 280.262 mənzillə İstanbul başçılıq edir. //İqtisadiyyat.az
Şərhlər