Xəbər lenti

Texnologiya 17:30 15.07.2026

"OpenAI"dan "Apple"ın texnologiya oğurluğu ilə bağlı ittihamlarına sərt cavab

"OpenAI" şirkəti "Apple"ın kommersiya sirrinin oğurlanması ilə bağlı ittihamlarını rədd edib və iddiaların əsaslı olduğunu təsdiqləyən heç bir məlumata malik olmadığını bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "MacRumors" şirkətin "Bloomberg"ə təqdim etdiyi açıqlamaya istinadən məlumat yayıb.

"Bu ittihamlara ciddi yanaşsaq da, iddianın əsaslılığını təsdiqləyən hər hansı sübutdan xəbərimiz yoxdur. Biz ədalətli rəqabətə və insanların iş yeri seçmək azadlığına inanırıq. Hazırda isə diqqətimizi innovativ texnologiyaların yaradılmasına yönəltmişik", deyə "OpenAI"ın açıqlamasında bildirilib.

A"pple" "OpenAI" şirkətinə qarşı iddia qaldıraraq, onu süni intellektə malik aparat qurğusunun hazırlanması zamanı kommersiya sirrindən qanunsuz istifadə etməkdə ittiham edib.

"Apple"ın versiyasına görə, "OpenAI"ın aparat bölməsinin rəhbəri Tan Tan və mühəndis Çan Lyu şirkətin hələ təqdim edilməmiş qurğuları, komponentləri, istehsal prosesləri və təchizatçıları barədə məxfi məlumatların əldə edilməsini təşkil ediblər.

İddiada həmçinin qeyd olunur ki, Çan Lyu "Apple"dan ayrıldıqdan sonra şirkətə məxsus xidmət noutbukunu özündə saxlayıb və "OpenAI"də işlədiyi dövrdə şirkətin daxili sənədlərinə daxil olmaq üçün autentifikasiya sistemindəki boşluqdan istifadə edib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->