Dünya 13:18 10.03.2023

Orban Rusiya ilə münasibətlərə yenidən baxa bilər - “geosiyasi reallıqlara” görə

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, dəyişən geosiyasi reallıqlar səbəbindən Macarıstan gələcəkdə Rusiya ilə münasibətlərinə yenidən baxmalı ola bilər.

Qaynarinfo Bloomberg-ə istinadən xəbər verir ki, Macarıstan lideri Ukraynadakı münaqişənin sona çatmasından sonra Rusiya-Avropa münasibətlərinin bərpa edilməsi zərurəti ilə barədə fikir bildirib, lakin onun sözlərinə görə, "bu, reallıqdan uzaqdır”. "Ona görə də Macarıstan yaxın 10-15 il ərzində xarici siyasət və iqtisadiyyat sahəsində Rusiya ilə hansı münasibət qura və davam etdirə biləcəyimizi diqqətlə düşünməlidir”, - Orban vurğulayıb.

Eyni zamanda, o qeyd edib ki, Budapeşt Moskva ilə əlaqələri həm də Macarıstanın Rusiyadan "enerji asılılığı” səbəbindən davam etdirməkdə maraqlıdır.

Xatırladaq ki, Macarıstan Ukraynaya silah verməkdən imtina edən və anti-Rusiya sanksiyalarının yumşaldılmasını dəfələrlə müdafiə edən azsaylı Aİ ölkələrindən biridir. Orbanın açıqlamaları Kiyevdə dəfələrlə tənqidlərə səbəb olub.

Alpər