Xəbər lenti

Şotlandiya 5 il ərzində müstəqil ola bilər - Birinci nazirdən bəyanat
Dünya 16:36 10.05.2024

Şotlandiya 5 il ərzində müstəqil ola bilər - Birinci nazirdən bəyanat

Şotlandiyanın yeni birinci naziri Con Svini hesab edir ki, region beş il ərzində müstəqillik əldə edə və Böyük Britaniyadan ayrıla bilər.

Qaynarinfo bu barədə "Sky News"a istinadən xəbər verir.

Birinci nazir Şotlandiyanın beş il ərzində Birləşmiş Krallıqdan ayrılma ehtimalı ilə bağlı suala cavab verib: "Məncə, müstəqillik bu müddət ərzində əldə edilə bilər, çünki bunun üçün vəziyyət məcburidir".

Siyasətçi qeyd edib ki, Şotlandiyanın iki ən böyük problemi - yaşayış səviyyəsinin artması böhranı və "Brexit"in mənfi təsiri - Britaniya hökumətinin verdiyi "pis qərarlar"ın nəticəsidir. Svini əlavə edib ki, onlar regiona ciddi iqtisadi və sosial ziyan vururlar, Britaniyadan müstəqillik bu problemlərin həllinə kömək olacaq.

Eyni zamanda, cümə axşamı Şotlandiyanın yeni birinci nazirinin müstəqillik naziri vəzifəsini ləğv etdiyi barədə məlumat yayılıb.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak Şotlandiyanın ayrılması ilə bağlı səsvermənin yaxın vaxtlarda keçirilməsinin mümkünlüyünü istisna edib və 2014-cü il referendumunun nəticələrinə hörmətlə yanaşmağa çağırıb. Həmin səsvermədə 55% ayrılmanın əleyhinə, 45% isə lehinə səs verib.

Qeyd edək ki, çərşənbə axşamı yerli parlamentdə səsvermə nəticəsində Svini Şotlandiyanın birinci naziri seçilib. O, İngiltərədən müstəqilliyin tərəfdarı olan bölgədə hakim Şotlandiya Milli Partiyasına (SNP) rəhbərlik edirdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->