Xəbər lenti

Pakistanla Rusiyanın iqtisadi əlaqələri genişlənir: Səbəb nədir?
Dünya 18:59 24.06.2025

Pakistanla Rusiyanın iqtisadi əlaqələri genişlənir: Səbəb nədir?

"Pakistan bu sahədə ancaq təcrübəsi olan ölkələrə əməkdaşlıq edir. Rusiyanın isə bu istiqamətdə təcrübəsi böyükdür".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Pakistanın son zamanlar Rusiya ilə iqtisadi əlaqələri genişləndirmək səylərini şərh edərkən deyib.

"Rusiyanın sanksiyalara məruz qalmış sahələrdən biri də məhz dağ-mədən sənayesidir. Burada həm mütəxəssislər, həm də texnologiyalar çox məhdud sayda istifadə edilir", deyə Fərhad Məmmədov bildirib.
 


Həmsöhbətimizə görə, Pakistanın belə bir mövqe sərgiləməsində Moskva ilə İslamabadın bir sıra qurumlarda birgə iştirakı da öz sözünü deyib:

"Pakistan həmçinin Rusiyanın iştirak etdiyi bir sıra qurumların da üzvüdür. Bu mənada onlar üçün investisiya şərtləri kifayət qədər bir-birinə uyğundur. Ona görə də İslamabadın sözügedən məsələdə Rusiyaya üz tutması və ona ünvanladığı təkliflər qeyri-adi görünməməlidir".

Qeyd edək ki, Pakistanın neft naziri Əli Pervaiz Malik Rusiya hakimiyyətini "texnologiyaya önəm verərək” respublikanın mədənçıxarma sektoruna sərmayə qoymağı düşünməyə çağırıb. O, bu təkliflə Sankt-Peterburq İqtisadi Forumunda çıxış edib. Nazirin sözlərinə görə, Pakistan "inanılmaz, tədqiq edilməmiş yeraltı sərvətlər ölkəsidir” və onun coğrafi mövqeyi dağ-mədən sənayesinin inkişafı üçün böyük imkanlar açır. 

"Rosatom Nedra”nın baş direktorunun birinci müavini Aleksey Şemetov bu problemi həll etməyə hazır olduğunu bildirib və konkret təkliflər təqdim edəcəyinə söz verib. Bundan əlavə, Malik Rusiyanın energetika naziri Sergey Tsivilev ilə görüşüb, burada neft-qaz sənayesi və hidroenergetika sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. 

Rüfət Sultan


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->