Ekonomiks 18:56 27.02.2024

"Panda School" cərimələnir - Müqaviləsiz işçi çalışıdırıb

"Panda School" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İşə 11.03.2024-cü il tarixində Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ramiz Quliyevin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, "Panda School” Təhsil Mərkəzinin 15 filiyalı fəaliyyət göstərir. "Panda School"un əsas mərkəzi Sumqayıt şəhərindədir. Şirkətin qanuni təmsilçisi Dadaşov Elvin Vaqif oğludur. 

Fotoda Elvin Dadaşov


Əhməd