Xəbər lenti

Paşinyan  Pekində keçiriləcək hərbi paradda iştirak edəcək
Siyasət 20:28 25.08.2025

Paşinyan Pekində keçiriləcək hərbi paradda iştirak edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Çinin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə Çinə səfəri zamanı təkcə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində deyil, həmçinin sentyabrın 3-də Pekində Çinin Yaponiya üzərində qələbəsinin 80 illiyi şərəfinə keçiriləcək hərbi paradda iştirak edəcək.

"Report” xəbər verir ki, bu barədə Çinin Ermənistandakı səfirliyində keçirilən qəbulda diplomatik missiyanın rəhbəri Li Sinvey bildirib.

Xatırladaq ki, daha əvvəl 31 avqust-1 sentyabr tarixlərində Çinin Tyantszin şəhərində keçiriləcək ŞƏT sammitində Ermənistanın Baş nazirinin də iştirak edəcəyi bildirilmişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->