Xəbər lenti

Pərvinin evindən 100 mindən çox pulu oğurlandı (VİDEO)
Ölkə 12:57 24.06.2025

Pərvinin evindən 100 mindən çox pulu oğurlandı (VİDEO)

Aktrisa Pərvin Abıyeva filmə çəkilmək üçün istədiyi qonorarı açıqlayıb. 

Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" verilişində danışıb. O bildirib ki, yüksək qonorar istəyir:

"Təxmini 20 min manat istəyirəm. Əgər 10 günlük çəkilişdirsə... Çox deyil, bunu 5 minə etmək istəyən var. Sponsor, pul olsa da qonorar vermək istəmirlər. Bunu bizim aktyor və aktrisalar edir. Deyirlər ki, Pərvin olmasın, başqasına az verəcəyəm çəkiləcək".

Pərvin evindən edilən oğurluqdan danışıb:

"100 mindən çox pulum oğurlanıb. Bu, bir neçə dəfəyə edilib. Hissə-hissə götürüb. Bilmirdim, düşünürdüm ki, pul yerindədir. Bilirəm kimdir, amma üzüm gəlmir deməyə. Qardaşımın təhsili üçün yığmışdım, illərdir topladığım məbləğ getdi. İllərlə yaxınlığım olan idi, sübut edə bilmədim".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->