Xəbər lenti

Veloparkdan idmançının velosipedini oğurladı, məhkəmə cəza verdi
Ölkə 15:54 24.06.2025

Veloparkdan idmançının velosipedini oğurladı, məhkəmə cəza verdi

Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən Veloparkın inzibati binasından oğurluq edən şəxsə məhkəmə hökmü oxunub.

Qaynarinfo-nun məlumatına görə, oğurluq hadisəsini törətməkdə təqsirləndirilən, 1988-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş C.D. barəsində Cinayət Məcəlləsinin 177.2.2 (təkrar oğurluq), 177.2.3 (gecə vaxtı törədilmiş oğurluq) və 177.2.4-cü (yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq) maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.

Araşdırma zamanı məlum olub ki, C.D. Veloparkın inzibati binasından ümumi dəyəri 10 050 manat olan əmlakı gizli yolla talayıb. O, üzərində gəzdirdiyi mismar çıxaran dəmir linglə binanın giriş qapısını sındıraraq içəri daxil olub və aşağıdakı əşyaları oğurlayıb:

* 7000 manat dəyərində "Cube One 72 Pro 29" markalı velosiped (idmançılardan birinə məxsus);
* 1900 manat dəyərində "XGimi Halov" markalı projektor;
* 700 manatlıq səsgücləndirici;
* 150 manatlıq qaynaq aparatı;
* 300 manatlıq səs sistemi kabellər;

C.D.-nin digər obyektlərdən də oğurluq etdiyi müəyyən edilib. Məhkəmənin hökmü ilə, o, 4 il 10 ay 7 gün müddətinə azadlıqdan məhrum edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->