Xəbər lenti

İsrail Tehranda radiolokasiya stansiyasına hücum etdi
Dünya 16:21 24.06.2025

İsrail Tehranda radiolokasiya stansiyasına hücum etdi

İsrail Hərbi Hava Qüvvələri İranın atəşkəsi pozmasına cavab olaraq Tehranın şimalında radiolokasiya stansiyasına hücum edib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

"The Times of Israel” nəşrinin ölkə rəsmilərinə istinadən bildirdiyinə görə, İsrail Hərbi Hava Qüvvələri Tehranın şimalında İran radarına kiçik zərbə endirib. Bu zərbə İranın bu gün səhər atəşkəs elan edildikdən sonra İsrailə iki ballistik raket atmasına cavab olaraq endirilib.

Nəşr qeyd edir ki, daha sonra ABŞ Prezidenti Donald Tramp və Baş nazir Binyamin Netanyahu arasında telefon danışığı olub və onlar İsrailin İranın atəşkəsi pozmasına "simvolik cavab" verəcəyi barədə razılığa gəliblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->