Macarıstanın ictimai media fondu MTVA, "M1" telekanalının baş redaktoru vəzifəsinə Qabor Haydunun namizədliyini geri götürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yayımlanan məlumatda bildirilir.
Qeyd olunur ki, qərar Macarıstanın Baş naziri Peter Macarın Qabor Haydunun təyinatı ilə bağlı yayılan xəbərə münasibət bildirməsindən sonra qəbul edilib.
"Mən belə düşünmürəm...", deyə Peter Mavar "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Bundan sonra MTVA rəhbərliyi yeni açıqlama yayaraq Qabor Haydunun namizədliyinin geri götürüldüyünü elan edib.
Xatırladaq ki, mayın 9-da parlament seçkilərində qalib gələn Tisa Partiyasının lideri Peter Macar rəsmi olaraq Macarıstanın Baş naziri vəzifəsinin icrasına başlayıb. O, ölkəsinin Avropa İttifaqı və NATO-da tamhüquqlu iştirakını bərpa edəcəyini, həmçinin demokratiya və dövlət institutlarının müstəqilliyini təmin edən mexanizmləri yenidən işə salacağını vəd edib.
Aydın
Şərhlər