Xəbər lenti

Sağlamlıq 20:49 14.04.2024

Pişiklər tərəfindən ötürülən infeksiyalar təfəkkürə təsir edir - Alimlər

Praqadakı Çarlz Universitetinin çex alimləri müəyyən ediblər ki, insanın toksoplazmoz və borrelioz kimi infeksiyalarla yoluxması, hətta xəstəlik açıq şəkildə özünü büruzə verməsə belə, şəxsiyyətə və davranışa təsir edir.

Qaynarinfo xəbər verir ki, tədqiqat "Folia Parasitologica" (FPL) elmi jurnalında dərc olunub.

Toksoplazmoza ən çox pişiklər tərəfindən daşınan protozoa paraziti olan Toksoplazma səbəb olur. Əksər yetkinlərdə xəstəlik diqqətdən kənarda qalır, bəzən qripə bənzər simptomlara səbəb olur.

Borrelioz və ya Lyme xəstəliyi Borrelia adlı bir qrup bakteriya səbəb olur. Onlar adətən gənə dişləmələri ilə insanlara ötürülür. Müalicə olmadan borrelioz ürək və sinir sistemində ciddi problemlərə səbəb ola bilər. İlkin infeksiyadan sonra həm Toksoplazma, həm də Borreliya bədəndə uzun müddət qalır.

Tədqiqatda 4942 qadın və 2820 kişi iştirak edib, onların təxminən 1/3-də Toksoplazmoz, Borrelioz və ya hər iki infeksiya olub. Könüllülər koqnitiv və şəxsiyyət xüsusiyyətlərini qiymətləndirmək üçün bir sıra testləri tamamlayıblar. Nəticələr göstərib ki, toksoplazmaya yoluxmuş insanlar daha çox sağlamlıq problemləri yaşayır və psixi pozğunluqlardan əziyyət çəkirlər. Daha yumşaq formada eyni təsir borreliozu olanlarda müşahidə edilib.

Toksoplazmozun reaksiyaları yavaşlatdığı və insanın daha çox səhv etməsinə səbəb olduğu da aşkar edilib ki, bu da infeksiyaya görə idrak prosesinin sürətinin və dəqiqliyinin azaldığını göstərir.

Alimlərin fikrincə, nəticələr aşkar edilmiş dəyişikliklərin orqanizmdə patogenlərin olması ilə birbaşa əlaqəli olduğunu və xəstəliyə görə əlavə təsir kimi yaranmadığını göstərib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?