Xəbər lenti

Planetdə quraqlıq niyə eyni anda baş vermir? - Alimlər izahını tapdı
Dünya 21:20 26.02.2026

Planetdə quraqlıq niyə eyni anda baş vermir? - Alimlər izahını tapdı

Alimlər uzun müddət  qlobal istiləşmə səbəbindən bir neçə qitədə eyni anda güclü quraqlıqlar baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edirdilər. Lakin Hindistanın Gandhinagar Texnologiya İnstitutundan tədqiqatçılar müəyyən ediblər ki, okean temperaturunda baş verən dəyişikliklər belə bir ssenarini məhdudlaşdırır və quraqlıqların bütün dünyanı eyni anda əhatə etməsinin qarşısını alır.
 
Qaynarinfo xəbər verir ki, bu nəticələr "Communications Earth & Environment" jurnalında yayımlanan araşdırmada təqdim olunub.

Qlobal quraqlıqların riskləri daha azdır

1901–2020-ci illərin məlumatlarına əsaslanan araşdırma göstərir ki, eyni vaxtda baş verən quraqlıqlar yalnız planetin maksimum 6,5%-ni əhatə edir. Əvvəllər alimlər hesab edirdilər ki, bu göstərici üç dəfə yüksək ola bilər.

Tədqiqatın rəhbəri Dr. Udit Bhatia bildirib ki, quraqlıqların başlanğıcını qlobal hadisə kimi qiymətləndirirlər. Əgər iki uzaq region qısa müddət ərzində quraqlıqlı vəziyyətə düşürdüsə, onlar sinxronizasiya olunmuş hesab olunurdu.

Kənd təsərrüfatına təsirləri

Alimlər bu müddət ərzində buğda, düyü, qarğıdalı və soya məhsuldarlığına dair tarixi məlumatları analiz edərək orta səviyyəli quraqlıqların aqrar sektora təsirini qiymətləndiriblər.

IITGN-də süni intellekt üzrə alim Hemant Puniya qeyd edib: "Bir çox əsas kənd təsərrüfatı bölgələrində orta səviyyəli quraqlıq zamanı məhsul itkisi ehtimalı kəskin artır – tez-tez 25%-dən çox, bəzi ərazilərdə isə qarğıdalı və soya kimi məhsullarda 40–50%-ə çatır.”

Əsas səbəb: El Nino

Tədqiqat göstərir ki, bu dəyişikliklərin başlıca səbəbi ElNino fenomenidir. Bu təbii hadisə zamanı Sakit okeanda suyun temperaturu dəyişir, bəzən qızır, bəzən soyuyur. Bu dəyişikliklər isə müxtəlif regionlara fərqli təsir göstərir: bir yerdə güclü quraqlıq varsa, başqa regionlarda yağıntılar çox olur. Belə təbii balans quraqlıqların bütün qitələri eyni anda əhatə etməsinin qarşısını alır.

Dr. Bhatia əlavə edib: "Araşdırmamız göstərir ki, qlobal istiləşmə qarşısında aciz deyilik.”

Son illərdə baş verən ekstremal təbiət hadisələri

Qeyd edək ki, 2025-ci ildə Şri-Lanka ən böyük təbii fəlakətlə üzləşib. Sel və torpaq sürüşmələri ölkənin yarısını əhatə edib, yüzlərlə insan həyatını itirib, minlərlə ev dağılıb, körpülər və əsas yollar zədələnib.

Belə fəlakətlər dünya iqtisadiyyatına təxminən 120 milyard dollar ziyan vurub. Tədqiqatçılar qeyd edirlər ki, son illərdə ekstremal hava hadisələrinin sayı rekord həddə çatıb. Cənub-Şərqi Asiyada, xüsusilə Tayland, İndoneziya, Şri-Lanka, Vyetnam və Malaziyada baş verən tufan və siklonlar nəticəsində 1750-dən çox insan həlak olub.
 
Günay
--> -->