Xəbər lenti

Dünya 11:02 25.12.2022

Podolyak İranın PUA zavodlarını məhv etməyə çağırdı

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, İran Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükünü artırmağı planlaşdırır. Bununla bağlı o, İranın PUA istehsal edən zavodlarının məhv edilməsini, pilotsuz uçuş aparatları tədarükçülərinin həbsini tələb edib.

Qaynarinfo xəbər verir ki, Mixail Podolyak bu barədə "Twitter"də yazıb.

"Rusiyaya raket və pilotsuz uçuş aparatların tədarükünü artırmağı planlaşdıran İran beynəlxalq sanksiyalar institutunu açıq-aşkar aşağılayır. İşləməyən sanksiyalardan, BMT qətnamələrinin etibarsız konsepsiyasından əl çəkib daha dağıdıcı vasitələrə - zavodların məhvinə, tədarükçülərin həbsinə keçmək vacibdir ”, deyə Podolyak qeyd edib.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?