XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Polis Bakıda əməliyyat keçirdi: Saxlanılan var (VİDEO)
Ölkə18:06 15.08.2026

Polis Bakıda əməliyyat keçirdi: Saxlanılan var (VİDEO)

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Qaynarinfo-nun məlumatına görə, əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Elcan Hüseynov saxlanılıb.

Ondan 5 kiloqram narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.