XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanlı məzun Çində böyük uğura imza atdı - Dünya ikincisi oldu
Ölkə12:21 15.08.2026

Azərbaycanlı məzun Çində böyük uğura imza atdı - Dünya ikincisi oldu

Bakıdakı 238 nömrəli tam orta məktəbin məzunu Ayxan Xəlilov Çində keçirilən beynəlxalq robototexnika yarışında Azərbaycanın bayrağını yüksəklərə qaldırıb.

Qaynarinfo xəbər verir ki, Pekin şəhərində təşkil olunan və robototexnika sahəsində nüfuzlu yarışlardan biri hesab edilən "RobotChallenge 2026" beynəlxalq çempionatında dünyanın 80-dən çox ölkəsindən minlərlə gənc iştirak edib.

Azərbaycanı yarışda təmsil edən Ayxan Xəlilov uğurlu çıxışı ilə gümüş medal qazanaraq dünya ikincisi olub.

Gənc iştirakçının dünyanın müxtəlif ölkələrindən gələn güclü rəqibləri geridə qoyaraq fəxri kürsüyə yüksəlməsi onun mühəndislik, proqramlaşdırma və innovativ düşüncə sahəsindəki bacarıqlarını nümayiş etdirib.

238 nömrəli tam orta məktəb Ayxan Xəlilovu qazandığı uğur münasibətilə təbrik edib və gələcək layihələrində ona yeni nailiyyətlər arzulayıb.