Polşa Xarici İşlər Nazirliyi Rusiya işlərində müvəqqəti vəkilini çağıracaq və ona Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozması ilə bağlı etiraz notası təqdim ediləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Polsat News”
yazıb.
Polşa XİN sözçüsü Pavel Vronskinin sözlərinə görə, "o, XİN-ə çağırılacaq və ona etiraz notası təqdim ediləcək". O, görüşün vaxtını açıqlamayıb.
Bununla belə, rusiyalı diplomat təbliğat agentliyi "RİA Novosti"yə açıqlamasında bildirib ki, "Polşa ölkə üzərində vurulan pilotsuz uçuş aparatlarının Rusiya mənşəli olduğuna dair heç bir sübut təqdim etməyib".
"Biz bu ittihamları əsassız hesab edirik. Bu pilotsuz aparatların Rusiya mənşəli olduğuna dair heç bir sübut təqdim olunmayıb", – deyə Rusiyanın Polşadakı işlərində müvəqqəti vəkili Andrey Ordaş bildirib.
O əlavə edib ki, "Rusiya Polşa ilə münaqişənin eskalasiyasında qətiyyən maraqlı deyil". "Amma, təəssüf ki, biz Polşa hakimiyyətinin antirusiya isteriyasında bizə qulaq asacağına ümid edə bilmirik", – deyə o, vəziyyəti dəyərləndirib.
Polşa baş naziri Donald Tusk vurğulayıb ki, rusiyalı pilotsuz uçuş aparatları ölkəyə təsadüfən və ya "kiçik miqyaslı rus təxribatı" nəticəsində daxil olmayıb.
"Bu müharibədə ilk dəfə olaraq böyük sayda PUA-lar səhvlər, dronların çaşdırılması və ya kiçikmiqyaslı rus təxribatları nəticəsində Ukrayna ərazisindən deyil, birbaşa Belarusdan Polşa üzərinə uçub", – deyə baş nazir Seymdə çıxışı zamanı bildirib.
Tusk həmçinin ilkin məlumatlara görə, ölkənin hava məkanını 19 pilotsuz uçuş aparatının pozduğunu açıqlayıb.
Alpər
Şərhlər