İngiltərə Premyer Liqası təmsilçisi "Nottingem Forest" maliyyə qaydalarını pozması əsası ilə silinən dörd xala görə etiraz etmək qərarına gəlib
Qaynarinfo-nun məlumatına görə, Liqanın Gəlirlilik və Davamlılıq Qaydalarını (PSR) pozduğuna görə cəzalandırılan klub rəsmi şəkildə sanksiyaya etiraz etdiyini açıqlayıb.
İngiltərədə maliyyə feyr-pley-inə əsasən komandaların üç il ərzində maksimum 105 milyon funt-sterlinq itirməsinə icazə verilir. Bununla belə, üçillik dönəmdən ikisini Çempionşipdə keçirən komandanın ilk mövsümündə 61 milyon funt-sterlinq itirməsinə icazə verilib. Yüksək maaş siyasəti, 2022-ci ilin mayında, Premyer Liqaya yüksəldiyindən bəri 43 oyunçu üçün təxminən 250 milyon funt-sterlinq xərcləməsi "qırmızı-ağ"ların xal cəzasında mühüm rol oynadı.
Hazırda 21 xalla 18-ci pillədə yer alan "Nottingem Forest" Premyer Liqanın bitməsinə doqquz tur qalmış düşmə zonasında qərarlaşıb. "Nottingem Forest"in cəzası aradan qaldırılarsa və ya azaldılırsa, düşmə zonasından çıxacaq. Əvəzində isə onun yerini "Luton Taun" alacaq.
Premyer Liqada cari mövsümdə maliyyə qaydalarını pozduğuna görə "Everton" da 10 xal cərimələnib, apellyasiya şikayətindən sonra isə komandanın cəzası 6 xala endirilib.
Səbuhi Həsənov
Şərhlər